Operativ Məlumat Mərkəzi

Kamran Əliyev vətəndaşları qəbul edəcək

1 dəq
Paylaş:
Kamran Əliyev vətəndaşları qəbul edəcək

Əliyev avqustun 20-də saat 10:00-da Xətai rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu keçirəcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun xidmətindən məlumat verilib.

Bildirilib ki,Vətəndaşlar qəbulla bağlı Xətai rayon prokurorluğuna yazılı və ya müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt , eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook, X) vasitəsilə də qəbula yazıla bilərlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax