Operativ Məlumat Mərkəzi

Kamran Əliyev iranlı həmkarı ilə Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı cinayət işini müzakirə edib

1 dəq
Paylaş:
Kamran Əliyev iranlı həmkarı ilə Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı cinayət işini müzakirə edib

Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə İranın Baş prokuroru Mohammad Kazem Movahedi-Azad arasında videoformatda geniştərkibli görüş keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun xidmətindən məlumat verilib.

Görüşdə Respublikasının Tehrandakı səfirliyinə bu ilin 27 yanvar tarixində edilən terror hücumu ilə bağlı üzrə məhkəmə baxışının keçirilməsi, yekun qərarın qəbulunun sürətləndirilməsi və mexanizmləri müzakirə olunub.

Bundan başqa, görüş zamanı ölkələrimizin prokurorluq orqanları arasında hüquqi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin, Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə və İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi də iştirak edib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax