Operativ Məlumat Mərkəzi

Kamran Əliyev: Bu il özgə əmlakına vurulmuş ziyanın 49,3 milyon manatdan artıq hissəsi ödətdirilib

1 dəq
Paylaş:
Kamran Əliyev: Bu il özgə əmlakına vurulmuş ziyanın 49,3 milyon manatdan artıq hissəsi ödətdirilib

2024-cü ilin I yarımilində orqanlarında edilən cinayət işləri üzrə özgə əmlakına ziyanın 49,3 milyon manatdan artıq hissəsinin ödənilməsi təmin edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Baş Prokurorluqda keçirilən geniş Kollegiya İclasında Əliyev deyib.

O bildirib ki, prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə dövlətə, vətəndaşlara, şirkətlərə, bələdiyyələrə ümumilikdə 75,9 milyon manatdan artıq məbləğdə maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 49,3 milyon manatdan artıq hissəsinin ödənilməsinə nail olunub.

8,3 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax