Operativ Məlumat Mərkəzi

Jurnalistlər İnam Kərimova müraciət etdilər

2 dəq
Paylaş:
Jurnalistlər İnam Kərimova müraciət etdilər

Media nümayəndələri “ ” sistemində tətbiq edilən məhdudiyyətlə bağlı Məhkəmə Hüquq Şurasının və Ali Məhkəmənin sədri İnam Kərimova müraciət ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məhkəmələrin fəaliyyətini işıqlandıran məhdudiyyətin tətbiqini sistemdən istifadədə yaratdığını vurğulayaraq, bunu şəffaflığın pozulması kimi qeyd ediblər.

Bildirilib ki, məlumatların qapalı olmasına görə, məhkəmə işlərinin araşdırılması, ictimaiyyətə məlumat çatdırılması istiqamətində ciddi maneə yaranıb.

Müraciətdə o da vurğulanıb ki, “e-məhkəmə” məhkəmə proseslərinin şəffaf və əlçatan olması üçün yaradılıb, lakin qoyulan məhdudiyyət ictimai maraq kəsb edən işlərə dair məlumatların əldə edilməsinə əngəldir.

Jurnalistlər İnam Kərimovun problemin həllində yardımçı olacağına ümid etdiklərini bildiriblər.

Qeyd edək ki, “Elektron məhkəmə” informasiya sistemi ilə bağlı yeni məhdudiyyətlər tətbiq edilib. Xeyli müddətdir ki, sistemdə məhkəmə işləri üzrə tərəflərin adları əks olunmur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Media

Hamısına bax