Əsas məzmuna keç

Jurnalistlər İnam Kərimova müraciət etdilər

Jurnalistlər İnam Kərimova müraciət etdilər

məhkəmələrin fəaliyyətini işıqlandıran jurnalistlər məhdudiyyətin tətbiqini sistemdən istifadədə çətinlik yaratdığını vurğulayaraq, bunu şəffaflığın...

Media nümayəndələri “ ” sistemində tətbiq edilən məhdudiyyətlə bağlı Məhkəmə Hüquq Şurasının və Ali Məhkəmənin sədri İnam Kərimova müraciət ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məhkəmələrin fəaliyyətini işıqlandıran məhdudiyyətin tətbiqini sistemdən istifadədə yaratdığını vurğulayaraq, bunu şəffaflığın pozulması kimi qeyd ediblər.

Bildirilib ki, məlumatların qapalı olmasına görə, məhkəmə işlərinin araşdırılması, ictimaiyyətə məlumat çatdırılması istiqamətində ciddi maneə yaranıb.

Müraciətdə o da vurğulanıb ki, “e-məhkəmə” məhkəmə proseslərinin şəffaf və əlçatan olması üçün yaradılıb, lakin qoyulan məhdudiyyət ictimai maraq kəsb edən işlərə dair məlumatların əldə edilməsinə əngəldir.

Jurnalistlər İnam Kərimovun problemin həllində yardımçı olacağına ümid etdiklərini bildiriblər.

Qeyd edək ki, “Elektron məhkəmə” informasiya sistemi ilə bağlı yeni məhdudiyyətlər tətbiq edilib. Xeyli müddətdir ki, sistemdə məhkəmə işləri üzrə tərəflərin adları əks olunmur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…