Operativ Məlumat Mərkəzi

İtaliyanın şimalında güclü yağışlar və daşqınlar səbəbindən 11 nəfər ölüb

2 dəq
Paylaş:
İtaliyanın şimalında güclü yağışlar və daşqınlar səbəbindən 11 nəfər ölüb

İtaliyanın şimalında müddətdir davam edən nəticəsində daşqın qurbanlarının sayı 11 nəfərə çatıb. Xilasedicilər daha iki nəfərin cəsədini Ravenna bölgəsində aşkar ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.

Daha əvvəl 9 nəfərin bildirilirdi. Nəşrin məlumatına görə, təbii fəlakətdən 40-dan çox yaşayış məntəqəsi zərər çəkib, 250 yol bağlanıb. Bir neçə nəfər itkin düşmüş sayılır, 30 minə yaxın insan təxliyə edilib. Yerli yollarda avtomobillərin hərəkəti dayanıb, eləcə də regional dəmir yolu əlaqəsi kəsilib. Vilayətin 30 minə yaxın sakini işıqsız qalıb.

Emiliya-Romanyada hava təhlükəsinin sonuncu (qırmızı) səviyyəsi davam edir. Vilayətin geniş ərazisində çayların daşması, sellərin yaranması və onlarla şəhərin su altında qalmasına səbəb olan yağışlar bazar ertəsindən etibarən səngimir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax