Operativ Məlumat Mərkəzi

"İtaliya-Azərbaycan Universiteti aparıcı təhsil ocaqlarından birinə çevriləcək"

2 dəq
Paylaş:
"İtaliya-Azərbaycan Universiteti aparıcı təhsil ocaqlarından birinə çevriləcək"

"Mən vəzifəsinə seçiləndən sonra demək olar ki, dərhal göstəriş vermişdim ki, vəsaiti hesabına dünyanın aparıcı ali məktəblərinə Azərbaycan gəncləri ezam edilsin, onların bütün xərcləri dövlət tərəfindən ödənilsin və onlar yaxşı oxuyub Vətənə yaxşı mütəxəssislər kimi qayıtsınlar".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında deyib.

"Bu günə qədər dövlət xətti ilə dünyanın aparıcı ali məktəblərində təhsil alan tələbələrin sayı minlərlə ölçülür. Ondan sonrakı mərhələdə qərara gəldik ki, eyni zamanda, Azərbaycanın daxilində təhsil sisteminin inkişafı ilə bağlı məsələlərinə də diqqətlə yanaşaq. Artıq Azərbaycanda bir neçə xarici tərəfdaşlarla birgə fəaliyyət göstərir və növbəti universitet İtaliya-Azərbaycan Universitetidir. Bu universitetin özəlliyi bundan ibarətdir ki, – burada rektor Hafiz Paşayev bunu qeyd etdi, - bu universitet İtaliyanın beş aparıcı universiteti və ADA Universiteti ilə birlikdə qurulmuşdur. Əlbəttə, İtaliya-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrini nəzərə alaraq, biz əminik və ümid edirik ki, bu, Azərbaycanın aparıcı təhsil ocaqlarından birinə çevriləcəkdir", - Prezident qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax