Operativ Məlumat Mərkəzi

İstanbula uçan təyyarə Bakıda məcburi eniş edib

1 dəq
Paylaş:
İstanbula uçan təyyarə Bakıda məcburi eniş edib

“Turkish ” aviaşirkətinə məxsus, Aşqabad – İstanbul marşrutu üzrə hərəkət edən Airbus A321 tipli hava gəmisinin kapitanı göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problemlə bağlı Aeroportuna eniş üçün müraciət edib.

Beynəlxalq havalimanından "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, təyyarə yerli vaxtla saat 08:30-da Bakı hava limanına təhlükəsiz şəkildə eniş edib. Sərnişinə hava limanında dərhal təcili tibbi yardım göstərilib və səhhəti nəzarətə götürülüb.

Heydər Əliyev Beynəlxalq Aeroportu hər zaman beynəlxalq normalarına və operativ reaksiya standartlarına uyğun fəaliyyət göstərərək, aviadaşıyıcılara və sərnişinlərə etibarlı dəstək göstərir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax