Operativ Məlumat Mərkəzi

İsrailin keçmiş xarici işlər naziri Prezident İlham Əliyevə məktub ünvanlayıb

2 dəq
Paylaş:
İsrailin keçmiş xarici işlər naziri Prezident İlham Əliyevə məktub ünvanlayıb

2006-2009-cu illərdə İsrailin naziri, Nizami Gəncəvi Mərkəzinin Qəyyumlar Şurasının üzvü Tzipi Livni Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab İlham Əliyev!

Ölkələr arasında münasibətlərin xarakterinin müəyyən olunmasında liderlərin rolu çox böyükdür. Azərbaycanın Prezidenti Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyi bu günlər onun irsini və Azərbaycandakı yəhudi icmasına töhfəsini, həmçinin Azərbaycan və İsrail arasında münasibətlərin əsasını qoyan ilk addımlarını xatırlamaq üçün gözəl fürsətdir.

Zati-aliləri, Siz bu gün atanızın yolunu və siyasi kursunu layiqincə davam etdirirsiniz. Biz bu yubiley ilini rəmzi olaraq İsraildə Azərbaycan səfirliyinin açılması ili kimi qeyd edirik.

Mərhum Prezident Heydər Əliyevin xatirəsinə və Zati-alinizin siyasətinə İsraildə böyük ehtiram bəslənilir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax