Operativ Məlumat Mərkəzi

İsrailin Beyruta endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 19-a çatıb

1 dəq
Paylaş:
İsrailin Beyruta endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 19-a çatıb

İsrail Hava Qüvvələrinin Livanın paytaxtı Beyrutun cənub ətrafına endirdiyi nəticəsində ölənlərin sayı 19-a yüksəlib, 66 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" AP-yə istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin icmalında deyilir.

20 nəfər itkin düşüb.

Yerli xidmətinin məlumatına görə, Əl Qaim məhəlləsində dağılmış iki evin qalıqları olan yerdə axtarış-xilasetmə əməliyyatı davam edir. Mümkün qurbanların axtarışı üzrə dağıntılar təmizlənir.

Xatırladaq ki, daha əvvəl “Hizbullah” hərəkatının silahlı qanadı İsrailin hava hücumu zamanı 2 hərbi rəhbərinin və 13 döyüşçüsünün öldüyünü təsdiqləmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax