Əsas məzmuna keç

İspaniya şahzadəsi üç illik hərbi təlim keçəcək

İspaniya şahzadəsi üç illik hərbi təlim keçəcək

bu barədə mətbuat konfransında müdafiə naziri Marqarita Robles bildirib. “Asturiya şahzadəsi bu il hərbi təlimlərə qatılacaq. Avqust və ya sentyabr...

İspaniya taxt-tacının varisi Asturiya şahzadəsi 2023-cü ildə hərbi təlimlərə başlayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə konfransında Marqarita Robles bildirib.

“Asturiya şahzadəsi bu il hərbi təlimlərə qatılacaq. Avqust və ya sentyabr ayında o, Saraqosa Baş Hərbi Akademiyasında təlimə başlayacaq”, – deyə nazir məlumat verib.

Onun sözlərinə görə, kral VI Filippin 17 yaşlı qızı üç il ərzində quru qoşunlarında, eləcə də donanma və hava qüvvələrində xüsusi hərbi keçəcək.

Qeyd edək ki, şahzadə Leonor 31 oktyabr 2005-ci ildə anadan olub. O, ispan monarxının iki qızından böyüyüdür.

Ölkənin konstitusiyasına görə, kral və Silahlı Qüvvələrin ali baş komandanıdır.

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…