Operativ Məlumat Mərkəzi

İsmayıllıda həyətyanı sahədə yanğının qəsdən törədildiyi məlum olub

2 dəq
Paylaş:
İsmayıllıda həyətyanı sahədə yanğının qəsdən törədildiyi məlum olub

İsmayıllı rayonunda həyətyanı sahədə yanğının qəsdən törədildiyi məlum olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xidmətindən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə İsmayıllı rayonu, İsmayıllı kəndində vətəndaşa məxsus həyətyanı sahədə yanğın baş verməsi və ətraf üçün təhlükənin yaranması barədə məlumat daxil olub.
FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə və yaxınlıqdakı meşə zolağına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

FHN-in Dövlət Yanğın Nəzarəti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi olunub.

Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin İnqilab oğlu İskəndərov tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib.

Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax