Əsas məzmuna keç

İsmayıllı sakinlərindən qanunsuz odlu silahlar götürülüb

İsmayıllı sakinlərindən qanunsuz odlu silahlar götürülüb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirilən əməliyyatlar nəticəsində rayon...

İsmayıllı Rayon Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirilən əməliyyatlar nəticəsində rayon sakinlərindən müxtəlif markalı ov tüfəngləri aşkarlanaraq götürülüb.

"Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Xidmətinin regional qrupundan verilən məlumata görə, icazələri şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə son bir ay ərzində keçirilən tədbirlər zamanı rayon sakinlərindən ümumilikdə 10 ədəd “İJ”, eləcə də “Toz” markalı ov tüfəngləri aşkarlanıb. Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Qeyd edək ki, cari il ərzində rayon polis şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlərlə müvafiq sənədləri olmayan ümumilikdə 33 tüfəng vətəndaşlardan aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…