Operativ Məlumat Mərkəzi

İslandiya-Azərbaycan matçını niderlandlı hakimlər idarə edəcək

1 dəq
Paylaş:
İslandiya-Azərbaycan matçını niderlandlı hakimlər idarə edəcək

İslandiya və milliləri arasında keçiriləcək 2026-cı il dünya çempionatının qrup matçının təyinatları bəlli olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sentyabrın 5-də keçiriləcək oyun Niderlanddan olan hakimlər briqadasına həvalə edilib.

Görüşü van der Eyk edəcək. Ona yan xətt hakimləri Rens Blümink və Stefan de Qroot kömək edəcək.

DÇ-2026
Seçmə mərhələsi
5 sentyabr

22:45. İslandiya - Azərbaycan

Baş : Sander van der Eyk
Yan xətt hakimləri: Rens Blümink, Stefan de Qroot
Dördüncü hakim: Mark Naqteqaal
VAR: Jerön Mansxot
VAR köməkçisi: Klay Ruperti (hamısı Niderland)
Hakim-inspektor: Tomas Eynvaller (Avstriya)
UEFA nümayəndəsi: Marvin Robinson (İngiltərə)

Qeyd edək ki, Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda keçiriləcək oyun saat 22:45-də start götürəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax