Operativ Məlumat Mərkəzi

İşə düzəltmək adı altında 42 min manat ələ keçirməkdə ittiham edilən şəxs tutulub

1 dəq
Paylaş:
İşə düzəltmək adı altında 42 min manat ələ keçirməkdə ittiham edilən şəxs tutulub

Dövlət qurumunda işə düzəltmək adı altında edən şəxs məsuliyyətə cəlb edilib.

DİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Şəhər İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 33 Fidan Məmmədova saxlanılıb. Belə ki, o, ayrı-ayrı vaxtlarda 11 vətəndaşı dövlət qurumlarına müxtəlif vəzifələrə işə düzəltmək vədi ilə aldadaraq 42 min manata yaxın pul vəsaitini ələ keçirib.

Faktla bağlı Sumqayıt ŞPİ-də başlanılıb, hazırda cinayət işi üzrə araşdırma davam etdirilir.

F.Məmmədovanın analoji əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax