Əsas məzmuna keç

İranın budəfəki hədəfi 2 yer oldu

İranın budəfəki hədəfi 2 yer oldu

bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, bu səhər İranın cavab hücumunda İsrail ordusunun komandanlığı və kəşfiyyat qərargahı hədəfə...

İranın, İsrailə qarşı cavab hücumlarında əsas hədəf İsrail Qüvvələrinin (IDF) (IDF C4i) qərargahı, həmçinin Qav-Yam Texnologiya Parkındakı ordu kəşfiyyat düşərgəsi olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu səhər İranın cavab hücumunda İsrail ordusunun komandanlığı və kəşfiyyat qərargahı hədəfə alınıb.

İsrail mediasının sözügedən məkanı “xəstəxana” kimi göstərməyə çalışdığını iddia edən xəbərdə hədəfin xəstəxananın yanındakı İsrail Müdafiə Qüvvələrinin komandanlıq və kəşfiyyat qərargahı ilə Gav-Yam Texnologiya Parkındakı ordu kəşfiyyat düşərgəsi olduğu qeyd edilib.

Vurulan hədəflərdə İsrail ordusuna aid minlərlə qüvvənin, rəqəmsal komanda sistemlərinin və kiber sistemlərinin olduğu iddia edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…