Operativ Məlumat Mərkəzi

İrandan Azərbaycana patron keçirilməsinin qarşısı alınıb

2 dəq
Paylaş:
İrandan Azərbaycana patron keçirilməsinin qarşısı alınıb

Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun əməkdaşları döyüş sürsatı hesab edilən patronların Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Respublikasına gedən yük vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin kabinində gizlədilmiş 1 ədəd plastik qablaşmanın içərisində 45 ədəd patron aşkarlanıb.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən aşkar edilən patronlar yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş 9x17 mm kalibrli patronlardır, döyüş hesab edilirlər və istifadəyə (atəşə) yararlıdırlar.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax