Əsas məzmuna keç

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb

Sərhədçilər İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Sərhəd Xidmətindən...

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, fevral ayının 19-da saat 03:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin ərazisində İran İslam Respublikasından Respublikası istiqamətində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması müşahidə edilib.

Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq sərhəd pozucuları əmrə tabe olmayıb, havanın qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə, İran ərazisinə qaçıblar.

Aparılmış axtarış tədbirləri nəticəsində ərazidən ümumi çəkisi 15 kq 600 qram marixuana, 30 ədəd Prostahealth 1000 ədəd güclü təsiredici vasitə hesab edilən Metadon M-40 həbləri aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…