Əsas məzmuna keç

İranda sərhəddə atışma olub, iki hərbçi ölüb

İranda sərhəddə atışma olub, iki hərbçi ölüb

bu barədə Kürdüstan əyalətinin Sərhəd Xidmətinin komandanı briqada generalı Fərəc Rüstəmi bildirib. Briqada generalı bildirib ki, sərhəd alayının patrul...

İranın əyalətinin Xidmətinin komandanı Sərhəd Alayının sərhədçiləri ilə qanunsuz silahlı arasında bölgənin Bane şəhərində silahlı toqquşma nəticəsində iki sərhədçi ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə Kürdüstan əyalətinin Sərhəd Xidmətinin komandanı briqada generalı Fərəc Rüstəmi bildirib.

Briqada generalı bildirib ki, sərhəd alayının patrul qrupu sərhədi bağlamaq və icazəsiz hərəkətin qarşısını almaq məqsədilə sərhədin sıfır nöqtəsində xidmət edərkən “düşmən əks-inqilabi qruplaşmanın elementləri ilə qarşılaşıb”, onlara intensiv və güclü atəş açıb.

O qeyd edib ki, həmin qruplaşma üzvlərinin İran ərazisinə daxil olmasının qarşısı alınıb. Silahlı toqquşma nəticəsində sərhədçi kapitan Səccad və birinci Əli Badak ölüb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…