Operativ Məlumat Mərkəzi

İranda həbsdə olan Nobel mükafatçısına qarşı qadağaların müddəti uzadılıb

3 dəq
Paylaş:
İranda həbsdə olan Nobel mükafatçısına qarşı qadağaların müddəti uzadılıb

İranda həbsdə olan Nobel Sülh mükafatı laureatı Məhəmmədinin təmas və görüşlərinə edilən məhdudiyyətlər qeyri-müəyyən müddətədək uzadılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “radiofarda”ya istinadən xəbər verir ki, bu barədə məhkumun ailəsindən bildiriblər.

Məlumata görə, Nərgiz Məhəmmədi BMT Antonio Quttereşə məktub ünvanlandıqdan sonra bu qadağa tətbiq olunub.

Ailə üzvlərinin sözlərinə görə, bu məhdudiyyət fevralın 4-də qaldırılmalı idi. Tehrandakı Evin həbsxanasının qadın bölməsi rəisinin əmrinə əsasən, Nobel mükafatçısına tətbiq olunan məhdudiyyət qeyr-müəyyən müddətədək uzadılıb.

O, Antonio Quterreşə yazdığı məktubda yazıb: “İranlı qadınlar onilliklər ərzində hakimiyyət tərəfindən hər cür cinsi və cinsi ayrı-seçkiliklə üzləşiblər”. Nərgiz Məhəmmədi İslam Respublikası hökumətinin qadınlar və kişilər arasında məhkəmələrdə qeyri-bərabər ifadə verilməsinə, qadınların miras payının kişilərlə müqayisədə az olmasına da toxunub.

Qeyd edək ki, Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisi, türküdür. İranda bir sıra KİV-də işləyib.

Ötən ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılarından olub. O, 16 il müddətinə azadlıqdan məhrum edilib.

Nərgiz Məhəmmədiyə 2022-ci il üzrə "Sərhədsiz Reportyorlar" Təşkilatının “Cəsarət Mükafatı” verilib. O, 2023-cü ilin yanvarında Olof Palme mükafatına layiq görülüb. Bundan başqa, Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.

2023-cü il mayın 3-də İranın məhbus jurnalistləri Nərgiz Məhəmmədi, Nilufər Həmidi və İlahə Məhəmmədi BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Gilyermo Kano adına Dünya Azadlığı Mükafatına layiq görülüblər.

Nərgiz Məhəmmədi 2003-cü ildə Nobel Sülh mükafatına layiq görülmüş, Güney Azərbaycan türkü Şirin İbadinin yaxın silahdaşıdır.

Güney Azərbaycandan olan hüququ müdafiəçisi ötən ay 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax