Operativ Məlumat Mərkəzi

İranda 6 ərəb edam olunacaq

2 dəq
Paylaş:
İranda 6 ərəb edam olunacaq

İranın Xuzistan əyalətinin mərkəzi şəhərinin inqilab məhkəməsi həbsxanasında 6 ərəb siyasi məhbus barəsində edam hökmü çıxarıb.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə Əhvaz İnsan Hüquqları Təşkilatı məlumat yayıb.

Bildirilib ki, hesabata əsasən, Əli Məcdam, Moin Xanfari, Məhəmməd Rza Müğəddəm, Salem , Adnan Musəvi və Həbib Dries edam cəzasına edilib.

Məlumata görə, Şeyban həbsxanasında saxlanılan İranın daha 6 ərəb vətəndaşı 5 ildən 35 ilə qədər azadlıqdan məhrum ounublar.

Məlumata görə, Tehran rejiminin siyasi, ictimai fəallara qarşı təzyiqləri davam edir. 18 yaşlı Arin Koxayzadənin İlam şəhərinin mərkəzi həbsxanasında işinə baxılmamasına etiraz olaraq dodaqlarını tikərək aclıq aksiyasına başladığı bildirilib.

Hüquq müdafiəçisi, ictimai fəal, dəfələrlə həbs olunmuş, insan hüquqlarını müdafiə etdiyi üçün dəfələrlə azadlıqlda məhrum edilən Nəsrin Sütudənin əri, vəkil Rza Handan bildirib ki, İslam Respublikası məhkəmə sistemi müvəkkilini 6 il həbs cəzasına məhkum etmək üçün çağırıb: “Siyasi məhbusların əfv edilməsi bəhanəsinə baxmayaraq, vətəndaş cəmiyyətinin fəallarına təzyiqlər davam edir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax