Əsas məzmuna keç

İran XİN başçısı İƏT-in fövqəladə toplantısının keçirilməsini istəyib

İran XİN başçısı İƏT-in fövqəladə toplantısının keçirilməsini istəyib

məlumatı “Mehr” agentliyi yayıb. İran XİN-in başçısı İƏT-in Baş katibi Hissein Brahim Taheyə, Türkiyənin xarici işlər naziri Hakan Fidana və Səudiyyə...

İranın naziri Abbas Əraqçi İslam Təşkilatının (İƏT) Qəzza zolağında vəziyyətlə əlaqədar fövqəladə toplantısının keçirilməsini istəyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

İran XİN-in başçısı İƏT-in Hissein Brahim Taheyə, Türkiyənin xarici işlər naziri Hakan Fidana və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysal bin Farhana ünvanladığı məktubunda Qəzzada humanitar vəziyyəti müzakirə etmək, təcili humanitar yardımın çatdırılmasını əlaqələndirmək, bölgənin taleyi ilə bağlı hüquqi və siyasi aspektlərini araşdırmaq üçün buna zərurət olduğunu bildirib.

“Bununla rəsmi olaraq İƏT Xarici İşlər Nazirləri Şurasının fövqəladə yığıncağının, mümkün olduqda, Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkilatın Katibliyinin qərargahında keçirilməsini tələb edirəm", - A.Əraqçi məktubunda qeyd edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…