Əsas məzmuna keç

İran XİN: Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasına ümid edirik

İran XİN: Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasına ümid edirik

bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bildirib. “Atılan addımlar nəticəsində ümid edirik ki, Azərbaycan Respublikasının İrandakı...

İran Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpasına ümid etdiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bildirib.

“Atılan addımlar nəticəsində ümid ki, Respublikasının İrandakı səfirliyinin fəaliyyətinin bərpasının şahidi olacağıq və bu prosesi arzuolunan və perspektivli hesab edirik”.

Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan O. yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…