Əsas məzmuna keç

İran vətəndaşından narkotik əldə etməkdə şübhəli bilinən şəxs saxlanılıb

İran vətəndaşından narkotik əldə etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Polis əməkdaşları İran vətəndaşından 20 kiloqram narkotik əldə etməkdə şübhəli bilinən Lənkəran sakinlərini saxlayıblar. Bu barədə "Operativ Məlumat...

Polis əməkdaşları İran vətəndaşından 20 narkotik əldə etməkdə şübhəli sakinlərini saxlayıblar.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri Aqil Vəliyev və Anar Vəlizadə sonuncunun idarə etdiyi "Opel" markalı avtomobildə saxlanılıblar.

Həmin vasitəsindən 20 kiloqram tərkibi psixotrop maddə ilə zənginləşdirilmiş marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı həmin narkotik vasitəni saxlanılan şəxslərdən Aqil Vəliyevin şəxsiyyəti istintaqla araşdırılan "Hafis" adlı İran vətəndaşından əldə etdiyi müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…