Operativ Məlumat Mərkəzi

İran-Azərbaycan sərhədində əməliyyat keçirilib, saxlanılanlar var

1 dəq
Paylaş:
İran-Azərbaycan sərhədində əməliyyat keçirilib, saxlanılanlar var

Mart ayının 31-də saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Aruz kəndi yaxınlığında sərhəd zastavasının ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla İrandan Azərbaycana keçməyə cəhd göstərən nəfər saxlanılıblar.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DSX-nin Mərkəzindən məlumat verilib.

Araşdırma zamanı saxlanılan şəxslərin, 1992-ci il təvəllüdlü İran vətəndaşı Rəcəbi Cavad Rəcəb oğlu və 1994-cü il təvəllüdlü vətəndaşı Elmiddin Əhmədşah Nurullah oğlu olmaları müəyyən edilib.

Fakt üzrə -istintaq tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax