Operativ Məlumat Mərkəzi

İran Avstraliyanı cavab tədbirləri ilə hədələyib

2 dəq
Paylaş:
İran Avstraliyanı cavab tədbirləri ilə hədələyib

Avstraliyanın İran səfirini çıxarmaq qərarından sonra rəsmi cavab tədbirləri görəcəyini edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in “Al Arabia”ya istinadən verdiyi məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai həftəlik brifinqdə bildirib.

Məlumata görə, bu Sidney və Melburnda hücumlarda Tehranın olması ittihamları fonunda qəbul edilib.

"İrəli sürülən ittihamlar tamamilə əsassızdır. Diplomatik səviyyədə hər hansı qeyri-münasib və əsassız hərəkətlər qarşılıqlı tədbirlərlə cavablandırılacaq", - o qeyd edib.

Daha əvvəl Avstraliyanın Entoni Albanez bildirib ki, ölkənin milli xüsusi xidmət orqanları İranın Sidneydəki restorana və Melburndakı sinaqoqa hücumla əlaqəsini müəyyən edib.

Onun sözlərinə görə, toplanmış məlumatlar Tehranın ölkədə azı iki anti-semit hücumu koordinasiya etdiyini təsdiqləyir. Bununla əlaqədar hökumət İran diplomatının ölkədən çıxarılması barədə qərar qəbul edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax