Operativ Məlumat Mərkəzi

Səfirliyimizə hücum edən şəxsin edamı ilə bağlı qərar təsdiqləndi

2 dəq
Paylaş:
Səfirliyimizə hücum edən şəxsin edamı ilə bağlı qərar təsdiqləndi

İranın Ali Məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu etmiş Yasin Hüseynzadə barəsində hökmünü təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" İSNA-ya istinadən xəbər verir ki, bunu İran məhkəmə sisteminin sözçüsü Əsgər Cahangiri konfransında bildirib.

Məlumata görə, üçün Tehran məhkəməsinə göndərilib. İnformasiyaya əsasən, müttəhimin valideynləri onunla görüşə gələndən sonra hökm icra olunacaq.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki mühafizəçisi də hücumun qarşısını alarkən yaralanıb.

Səfirliyə hücum edən şəxs hadisədən sonra saxlanılıb. Məhkəmədən sonra İran Ədliyyə Nazirliyi onun barəsində edam hökmünün çıxarıldığı barədə məlumat yayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax