Operativ Məlumat Mərkəzi

İran ABŞ-dan 313 milyon dollar təzminat istəyir

2 dəq
Paylaş:
İran ABŞ-dan 313 milyon dollar təzminat istəyir

məhkəməsi 2017-ci ildə İŞİD terrorçu qruplaşmasının hücumları nəticəsində dəyən ziyana görə -ın İrana 313 milyon ödəməsi barədə qərar çıxarıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı İran Ədliyyə Nazirliyinin “Mizan” agentliyi yayıb.

Məhkəmə ABŞ-ı qrupları yaratmaqda və idarə etmək günahlandırıb.

Tehran məhkəməsinin qərarına əsasən, ABŞ terror hücumları nəticəsində ölənlərin ailə üzvlərinə 9 milyon 950 min dollar verməlidir. Vaşinqton İran dövlətinə mənəvi zərərə görə 104 milyon dollar, maddi zərərə görə 199 milyon dollar təzminat ödəməlidir.

Məlumata görə, 2017-ci il iyunun 7-də İranda inqilabın lideri ayətullah Xomeyninin məqbərəsinə və parlamentə silahlı və bombalı hücumlar nəticəsində 12 nəfər ölüb, 43 nəfər yaralanıb. Bu hadisəyə görə İŞİD terror qrupu məsuliyyəti öz üzərinə götürüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax