Əsas məzmuna keç

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib

onun yerinə Fərid Osmanov təyin edilib. O, indiyə qədər nazirin müşaviri olub, bundan əvvəl isə 2020-2024-cü illərdə Azərbaycan Mərkəzi Bankının (AMB)...

İnkişaf və Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri İnarə Vəliyeva vəzifəsindən azad olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" agentliyə istinadən xəbər verir ki, onun yerinə Fərid təyin edilib.

O, indiyə qədər nazirin müşaviri olub, bundan əvvəl isə 2020-2024-cü illərdə Mərkəzi Bankının (AMB) baş direktoru vəzifəsində çalışıb.

F.Osmanov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və kredit fakültəsində bakalavr və magistratura səviyyələrini fərqlənmə diplomu ilə, həm də Universitetin İnformatika və idarəetmə fakültəsini dünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrə bitirib.

Daha sonra Böyük Britaniyanın Mançester Universitetində magistr dərəcəsi alıb.

O, 2019-cu ildə Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…