Operativ Məlumat Mərkəzi

İngiltərədə işsizlik son 4 ilin ən yüksək səviyyəsinə çatdı

2 dəq
Paylaş:
İngiltərədə işsizlik son 4 ilin ən yüksək səviyyəsinə çatdı

İngiltərədə may ayında 4,7 faiz səviyyəsində alınıb və bu göstərici bazar gözləntiləri olan 4,6 faizdən bir qədər yüksək olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu, son dörd ilin – yəni 2021-ci ilin aprel-iyun dövründən bəri qeydə alınan ən yüksək səviyyədir.

İngiltərə Milli Statistika İdarəsinin (ONS) mart-may aylarını edən dövr üçün dərc etdiyi əmək bazarı göstəricilərinə əsasən, bu dövrdə işsizlik rüb üzrə 0,2 faiz artıb.

Deutsche Bank-ın İngiltərə üzrə baş iqtisadçısı Sanjay Raja, bu nəticələri edərək bildirib ki, ölkədə maaşla işçilərin sayı və açıq iş yerlərinin azalması əmək bazarının aşağı düşməsinin davam etdiyini göstərir.

O əlavə edib: “Əmək qüvvəsinə tələbat zəifdir, işə qəbul planları demək olar ki, tamamilə dayanıb.”

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax