Operativ Məlumat Mərkəzi

İngiltərədə iranlı jurnalist bıçaqlanıb

2 dəq
Paylaş:
İngiltərədə iranlı jurnalist bıçaqlanıb

London Polisindən verilən açıqlamaya görə, şəhərin cənubundakı Wimbledonda yaşayan Zeraati evinin qarşısında bıçaqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Zeraatinin həyatının təhlükədə olmadığını açıqlayan London polisi hücumun səbəbi dəqiq olmasa da, Zeraatinin çalışdığı İran İnternational-ın müxtəlif təhdidlərə məruz qalan bir televiziya kanalı olduğunu bildirib.

London Metropoliten Polisinin Terrorla Mübarizə Şöbəsinin rəhbəri Dominik Merfi, İran İnternational-a qarşı bir çox təhdidlərlə qarşılaşdıqlarını qeyd edərək, hücumun bir çox fərqli səbəbə görə baş verə biləcəyini və hər ehtimalı dəyərləndirdiklərini söyləyib.

Bəyanatda İngiltərədə İranla bağlı hərəkətlər və hücum cəhdləri ilə bağlı təfərrüatlar da paylaşılıb.

Açıqlamada son 2 ildə İngiltərədə yaşayan iranlılara qarşı çoxlu adam oğurluğu və sui-qəsd cəhdlərinin olduğu, fars dilində və ya İranla bağlı yayımlanan media qurumlarına dəstəyinin verildiyi bildirilib.

Ölkənin ən böyük təşkilatlarından biri olan Milli Jurnalistlər Birliyinin (NUJ) Mişel Stanistreet yazılı açıqlamasında Zeraatinin bıçaqlanmasının şok olduğunu bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax