Operativ Məlumat Mərkəzi

İndoneziya yeni paytaxtına köçür

1 dəq
Paylaş:
İndoneziya yeni paytaxtına köçür

İndiki Cakartanın təbii , infrastruktur problemləri və qrunt sularından həddindən artıq istifadə ucbatından sürətlə “batması” səbəbindən İndoneziyada yeni paytaxta köçmək üçün işlər başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, İndoneziya prezidenti Coko Borneo adasındakı Şərqi Kalimantan əyalətində “Nusantara” adlanan yeni paytaxtda tikilməkdə olan ərazilərə baxış keçirib. Yeni paytaxta köçmənin 80 faiz tamamlandığını bildirən Vidodo, gələn ay təmiz su bağlandıqdan sonra yeni ofisindən işə başlayacağını bildirib.

Tikintisi davam edən Sarayının qarşısında çıxış edən Vidodo, "Yeni ofisimlə bağlı son dərəcə nikbinəm. Avqust ayında Müstəqillik Günü qeyd etmələri çərçivəsində yeni paytaxtın rəsmi fəaliyyətə başlamasını planlaşdırırıq", - deyə qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax