Əsas məzmuna keç

İndiyədək 57 minə yaxın tələbəyə təhsil krediti verilib

İndiyədək 57 minə yaxın tələbəyə təhsil krediti verilib

Təhsil Tələbə Fondunun (TTK) təhsil tələbə kreditləri üzrə 70 minə qədər müraciətdən 57 minə yaxını rəsmiləşdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə məlumat verib.

Həmin kreditlərin 35%-i sosial, 65%-i isə standart TTK üzrədir.

Bildirilib ki, qızların ümumi kreditlər üzrə 62%-lik paya sahib olması, eyni zamanda sosial həssas qrupların təhsilə əlçatanlığının təmin edilməsi dövlətin təhsildə əhatəlilik prinsipinə sadiqliyini bir daha nümayiş etdirir.

"Geri ödənişə başlayan 5 379 məzunun 73%-i rəsmi əmək fəaliyyəti ilə məşğuldur. Ən çox TTK rəsmiləşdirilmiş müəssisələri üzrə göstərici Dövlət İqtisad Universitetində 83%, Azərbaycan Texniki Universitetində 82%, Gəncə Dövlət Universitetində isə 59%-dir. Eyni zamanda “Biznesin idarə edilməsi” ixtisası üzrə məzunların 85%-i, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” üzrə 52%-i, “İqtisadiyyat” ixtisası üzrə isə 75%-i işlə təmin olunub", - deyə o qeyd edib.

Vurğulanıb ki, cari tarixə TTK almış və məzun olmuş ümumi tələbə sayı 9000-ə yaxındır. Geri ödəmə dövrü başlamayan məzunlar isə hazırda ilkin müqavilə şərtlərinə və qaydaya uyğun olaraq güzəşt, onlardan bəziləri isə möhlət dövründədir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…