Operativ Məlumat Mərkəzi

İnam Kərimov: Pakistanın məhkəmə orqanları ilə əməkdaşlığın gücləndirilməsi üçün geniş potensial mövcuddur

2 dəq
Paylaş:
İnam Kərimov: Pakistanın məhkəmə orqanları ilə əməkdaşlığın gücləndirilməsi üçün geniş potensial mövcuddur

Pakistan İslam Respublikasının və ədliyyə naziri Azam Nazeer Tararın rəhbərlik etdiyi Ali Məhkəmədə olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, qonaqları salamlayan Ali Məhkəmənin sədri İnam xalqların ortaq dini, tarixi və mədəni dəyərlərə əsaslanan qardaşlıq münasibətlərindən bəhs edib.

Qeyd olunub ki, ölkələrimiz arasında qarşılıqlı etimada və dəstəyə əsaslanan əlaqələri bütün sahələrdə, o cümlədən hüquq və ədliyyə sistemində də daim inkişaf edir.

Görüşdə Azərbaycanın sistemində aparılan islahatlar və hüquqi dövlət quruculuğu sahəsində əldə olunan nailiyyətlər barədə qonaqlara ətraflı məlumat verilib. Həmçinin məhkəmə orqanları arasında əməkdaşlığın gücləndirilməsi üçün geniş potensialın mövcud olduğu vurğulanıb. Məhkəmə sistemlərinin inkişafı, hüquq islahatları, hakimlərin tədrisi və ixtisasartırması sahələrində təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd edilib.

Pakistanın hüquq və ədliyyə naziri Azam Nazeer Tarar öz növbəsində səmimi qəbula görə təşəkkür edib və Azərbaycanla hüquq sahəsində əməkdaşlığın gücləndirilməsinin iki ölkənin məhkəmə sistemləri üçün faydalı olacağını bildirib. Hüquq sahəsində bilik və təcrübə mübadiləsinin qarşılıqlı fayda verəcəyi vurğulanıb, bu istiqamətdə praktiki addımların atılmasının zəruriliyi diqqətə çatdırılıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax