Operativ Məlumat Mərkəzi

İmtahan vermədən Qarabağ Universitetinə necə qəbul oldu?

2 dəq
Paylaş:
İmtahan vermədən Qarabağ Universitetinə necə qəbul oldu?

Atilla Muradlı mövcud qaydalara əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən qaydada, yüksək göstəriciləri ilə Universitetinə qəbul olan ilk tələbə olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qarabağ Universiteti məlumat yayıb.

Bildirilir ki, A.Muradlı Lütfizadə adına məntiq olimpiadası, N.Nəbiyev adına Respublika fizika müsabiqəsi, Respublika Astronomiya olimpiadası, Fizika fənni üzrə Respublika fənn olimpiadaları qalibi və mükafatçısıdır. O, elm və nazirinin müvafiq əmri ilə “Təhsildə xüsusi nailiyyətləri ilə fərqləndiyi üçün qızıl döş nişanı”na layiq görülüb.

Qeyd edək ki, Mingəçevir şəhər 20 saylı tam orta məktəbin məzunu olan A.Muradlı qəbul imtahanlarında yüksək nəticə (519,2 bal) göstərib. O, Qarabağ Universitetinin Elektrik və elektronika mühəndisliyi ixtisasında təhsil almaq istəyir.

A.Muradlı, həmçinin 17-27 avqust 2024-cü il tarixində Braziliyada keçiriləcək Astronomiya və Astrofizika olimpiadasında ölkəmizi təmsil edəcək.

Xatırladaq ki, 2019-cu ildən beynəlxalq və respublika fənn olimpiadalarının qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olunurlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax