Operativ Məlumat Mərkəzi

İmişlidə tədarükçü-ekspeditor narkoşəbəkənin üzvləri ifşa edilib, 80 kq narkotik aşkarlanıb

2 dəq
Paylaş:
İmişlidə tədarükçü-ekspeditor narkoşəbəkənin üzvləri ifşa edilib, 80 kq narkotik aşkarlanıb

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları İmişli rayonu ərazisində tədarükçü- narkoşəbəkənin üzvlərini ifşa ediblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirlərlə əvvəllər məhkum olunan 41 Elşən və 32 yaşlı Bağırov saxlanılıblar. Onların avtomobilindən və yaşayış ünvanlarından 62 tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.

Baş İdarə əməkdaşlarının həyata keçirdikləri digər tədbirlərlə 39 yaşlı Ceyhun İsmayılov və 29 yaşlı Rəşad Məmmədli də narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar. Onların üzərindən və yaşadıqları evlərdən 18 kiloqram marixuana, heroin, psixotrop maddə metamfetamin və metadon həbləri aşkarlanıb.

Saxlanılan şəxslər ifadələrində narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, onlar barəsində həbs qətimkan tədbirləri seçilib.

Elşən Əliyev, Ceyhun İsmayılov, Rəşad Məmmədli və Tərlan Bağırovla əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax