Operativ Məlumat Mərkəzi

İmişlidə 5 evdən oğurluq edən şəxs saxlanılıb

1 dəq
Paylaş:
İmişlidə 5 evdən oğurluq edən şəxs saxlanılıb

İmişlidə silsilə oğurluqlarda şübhəli şəxs saxlanılıb.

DİN-in Xidmətinin qrupundan "Operativ Məlumat Mərkəzi-OMM" məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən Məmmədli Alim saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, A.Məmmədli beş evə qanunsuz daxil olaraq zərərçəkmişlərin ümumilikdə 10 000 manatdan artıq pulunu və dəyəri 35 000 manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayıb.

Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

A.Məmmədlinin digər analoji cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax