Operativ Məlumat Mərkəzi

İmişli sakinindən narkotik aşkarlanıb

1 dəq
Paylaş:
İmişli sakinindən narkotik aşkarlanıb

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə olan şəxslərə qarşı tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Xidmətinin regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM" -ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə qeyd edilən qanunsuz əməllə məşğul olan rayon sakini Elməddin Fərəcov saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən onun üzərinə keçirilən baxış zamanı 8 qrama yaxın heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq E.Fərəcovun yaşadığı evə baxış zamanı isə əlavə 2 kiloqram 315 qram marixuana aşkarlanıb.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində açılıb, araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax