Operativ Məlumat Mərkəzi

İlk turda kansler seçilmədi

1 dəq
Paylaş:
İlk turda kansler seçilmədi

Almaniyada Demokratik Birlik Partiyasının (CDU) lideri və üzvü Fridrix Merz Bundestaqda keçirilən səsvermənin ilk turunda lazımi sayda səs toplaya bilməyərək seçilməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Bundestaqın sədri Julia Klöcknerin sədrliyi ilə parlamentdə keçirilən gizli səsvermədə Merz səsvermənin birinci turunda iştirak edən 621 deputatdan 310-nun səsini toplayıb.

Səsvermədə 307 “xeyr” səsi verildiyi halda, 3 deputat bitərəf qalıb, 1 səs isə etibarsız hesab edilib.

seçilmək üçün lazım olan 316 səsə çata bilməyən Merzin ilk seçilmədiyinin açıqlanmasından sonra parlament sədri Klöckner iclası dayandırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax