Operativ Məlumat Mərkəzi

İlham Əliyevlə Paşinyan Münxen görüşündə razılığa gələ bilməyiblər

2 dəq
Paylaş:
İlham Əliyevlə Paşinyan Münxen görüşündə razılığa gələ bilməyiblər

Ermənistanın hökumət deputatları ilə qapalı görüş keçirib və İlham Əliyevlə Münxen danışıqları barədə fikir mübadiləsi aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.

Millət vəkilləri ilə görüş üç saatdan çox davam edib.

“Əslində komanda yoldaşlarına eyham vurub ki, danışıqlar prosesində xüsusi irəliləyiş yoxdur, Münxen görüşü sadəcə görüşdür və heç bir mühüm razılıq əldə olunmayıb”, - deyə qəzet yazıb.

Yayım qeydlərinə görə, baş nazirin çıxışından sonra hökumət üzvləri ona suallar veriblər.

" Xarici İşlər Nazirliyi ötən gün bildirmişdi ki, yaxın günlərdə Bakı və İrəvan sülh sazişi layihəsi üzrə danışıqlar aparacaqlar".

Nazirlik bəyan edib ki, danışıqlar prosesinin yenidən başlaması barədə qərar Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında Münxen Konfransı çərçivəsində keçirilən görüşdən sonra qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax