İlham Əliyevlə Paşinyan Münxen görüşündə razılığa gələ bilməyiblər

İlham Əliyevlə Paşinyan Münxen görüşündə razılığa gələ bilməyiblər
27.02.2024 10:36
Aa
dəq

Ermənistanın baş naziri hökumət deputatları ilə qapalı görüş keçirib və Azərbaycan Prezidenti İlham Əliyevlə Münxen danışıqları barədə fikir mübadiləsi aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.

Millət vəkilləri ilə görüş üç saatdan çox davam edib.

“Əslində Paşinyan komanda yoldaşlarına eyham vurub ki, danışıqlar prosesində xüsusi irəliləyiş yoxdur, Münxen görüşü sadəcə görüşdür və heç bir mühüm razılıq əldə olunmayıb”, - deyə qəzet yazıb.

Yayım qeydlərinə görə, baş nazirin çıxışından sonra hökumət üzvləri ona suallar veriblər.

"Azərbaycan Xarici İşlər Nazirliyi ötən gün bildirmişdi ki, yaxın günlərdə Bakı və İrəvan sülh sazişi layihəsi üzrə danışıqlar aparacaqlar".

Nazirlik bəyan edib ki, danışıqlar prosesinin yenidən başlaması barədə qərar Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdən sonra qəbul edilib.

Həftənin ən çox oxunanları

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu