Operativ Məlumat Mərkəzi

İlham Əliyev Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib

2 dəq
Paylaş:
İlham Əliyev Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib

İlham Əliyev iyulun 24-də özbəkistanlı həmkarı Şavkat Mirziyoyevə zəng edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayıb.

Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

və Özbəkistan prezidentləri yüksəksəviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafında roluna toxunublar. Bu xüsusda iyulun əvvəlində Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri çərçivəsində aparılan səmərəli müzakirələr və imzalanan sənədlər, həmçinin Özbəkistan Prezidentinin İqtisadi Təşkilatının Xankəndi şəhərində keçirilən Zirvə toplantısında iştirakı qeyd edilib.

Dövlət başçıları Azərbaycanla Özbəkistan arasında qardaşlıq, dostluq və müttəfiqlik əlaqələrinin gələcəkdə də bütün sahələrdə uğurlu inkişafına əminliklərini bildirib, ikitərəfli gündəliklə bağlı əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax