Operativ Məlumat Mərkəzi

İlham Əliyev AŞPA-ya xəbərdarlıq edib

2 dəq
Paylaş:
İlham Əliyev AŞPA-ya xəbərdarlıq edib

nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Martin Çunqonqu qəbul edərkən deyib.

Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini vurğulayaraq bildirib ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir.

Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax