Operativ Məlumat Mərkəzi

III Beynəlxalq Statistika Forumu öz işini davam etdirir

2 dəq
Paylaş:
III Beynəlxalq Statistika Forumu öz işini davam etdirir

Bakıda “Statistikanın inkişafı perspektivləri: layihələrin rolu” mövzusunda keçirilən Beynəlxalq Statistika Forumunun 2-ci günü Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan dövlətlərin müvafiq qurumlarının rəhbərləri keçirirlər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Dövlət Statistika Komitəsinin milli hesabat və makroiqtisadi göstəricilər şöbəsinin müdiri Nuru Süleymanov qeyd edib ki, milli hesabatların təkmilləşdirilməsi üçün 2009-2021-ci illəri əhatə edən tədbirlər proqramı hazırlanıb.

Tədbirlər planına uyğun olaraq maliyyə hesabatları, sahibkarlıq və holdinqlərin fəaliyyəti haqqında , əsas kapitala yönəldilən vəsait barəsində hesabatlar təkmilləşdirilib. Həyata keçirilən tədbirlər zamanı Türkiyə, Almaniya, Bolqarıstan kimi dövlətlərin təcrübəsindən istifadə edilib. Bununla yanaşı mütəxəssislərin iştirakı ilə seminar və konfranslar keçirilərək personalın praktiki iş təcrübəsi də artırılıb.

Sonra Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiyanın statistika qurumlarının rəhbərləri hesabatların hazırlanması haqqında təqdimat keçiriblər. Qeyd olunub ki, müasir dünyada statistik hesabatların dəqiqliyi üçün qarşılıqlı zəruridir. Hər bir dövlətin statistika idarəsi özünün hesablama metodunu paylaşmaqla ümumi təkmilləşməyə nail olmaq mümkündür.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax