Əsas məzmuna keç

İƏT Mədəniyyət Festivalının Bakı Kommünikesi qəbul olunub

İƏT Mədəniyyət Festivalının Bakı Kommünikesi qəbul olunub

Respublikasının Nazirliyi və İslam Təşkilatının (İƏT) birgə təşkilatçılığı, Fondunun tərəfdaşlığı ilə 5-11 dekabr tarixlərində keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025” çərçivəsində Yaradıcı Sənayelər üzrə Bakı Kommünikesi qəbul olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı baş katibinin humanitar, mədəni, sosial və ailə işləri üzrə köməkçisi, qurumun Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tariq Ali Bakhit tərəfindən səsləndirilən sənəddə festivalın mədəniyyətlərarası dialoqun, tolerantlığın, sülhün və mədəni müxtəlifliyə hörmətin təşviqinə mühüm töhfə verdiyi qeyd edilir.

Kommünike sənədində Azərbaycanın yaradıcı sənayelərin inkişafında və mədəni əməkdaşlığın gücləndirilməsində artan rolu vurğulanır.

Eyni zamanda sahibkarlıq, mədəni irsin qorunması və yeni texnologiyalardan məsuliyyətli istifadə istiqamətlərində İƏT-ə üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı çağırışlar da səsləndirilir.

Kommunikedə festivalın təşkilinə görə Azərbaycan Hökumətinə dərin minnətdarlıq ifadə olunur, İlham Əliyevin İƏT ilə əməkdaşlığın inkişafı, İslam həmrəyliyinin möhkəmləndirilməsi və mədəniyyətlərarası dialoqun təşviqindəki liderliyinə xüsusi diqqət yetirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…