Əsas məzmuna keç

İcma: "Yunan nazirin açıqlamaları rəsmi Afinanın Azərbaycanın suverenliyinə qarşı açıq-aşkar hörmətsizliyidir"

İcma: "Yunan nazirin açıqlamaları rəsmi Afinanın Azərbaycanın suverenliyinə qarşı açıq-aşkar hörmətsizliyidir"

Yunanıstanın naziri Yorqos Qerapetritisin Ermənistana səfəri zamanı səsləndirdiyi fikirlər rəsmi Afinanın Azərbaycanın suverenliyinə qarşı açıq-aşkar hörmətsizliyidir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə İcmasının yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Yunanıstanın xarici işlər naziri İrəvanda ölkəsinin “Qarabağda xristian ocaqlarının qorunması və onlara dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə Avropa İttifaqı və çərçivəsində kampaniyaya start verəcəyi”ni söyləyib.

"Yunan nazirin bu açıqlamalarını rəsmi Afinanın Azərbaycanın suverenliyinə qarşı açıq-aşkar hörmətsizliyi və onun daxili işlərinə kobud müdaxiləsi kimi qiymətləndiririk.

Yunanıstan məsələlərə etnik və dini təəssübkeşlik prizmasından baxmamalı, Azərbaycana qarşı təxribatçı addımlar atmamalı, Ermənistandan xalqının mədəni irsini məhv və təhrif etməməyi, UNESCO-nun fakt araşdırıcı missiyasının səfərinə imkan verməyi tələb etməlidir", - Qərbi Azərbaycan İcmasında bildirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…