Operativ Məlumat Mərkəzi

İcma: "Ermənistan hakimiyyəti öz diplomatlarına Azərbaycan əleyhinə danışmaq, böhtan atmaq tapşırığı verib"

1 dəq
Paylaş:
İcma: "Ermənistan hakimiyyəti öz diplomatlarına Azərbaycan əleyhinə danışmaq, böhtan atmaq tapşırığı verib"

Ermənistanın naziri Ararat Mirzoyanın dünən Haaqada etdiyi çıxış onu göstərir ki, ya hakimiyyəti öz diplomatlarına heç cür nəzarət edə bilmir, ya da elə özü onlara gecə-gündüz Azərbaycan əleyhinə danışmaq, böhtan atmaq tapşırığı verib və bir növ, rol bölgüsü aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə İcmasının yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Ermənistanın 30 il ərzində təşkilatların qərarlarını qulaqardına vurması, hətta onlara kinayə ilə yanaşması fonunda bu gün elə həmin erməni diplomatlarının BMT Şurasından, Beynəlxalq Ədalət Məhkəməsindən, Fransa senatından, Litva XİN-dən, Rasmus Kanbak, Lindsi Snell kimi irqçi və muzdlu mirzələrdən, saman çöpündən mədət umması onların düşdüyü acınacaqlı vəziyyətin bariz göstəricisidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax