Operativ Məlumat Mərkəzi

I sinifə qəbul üzrə daha 4000 nəfər qeydiyyatdan keçib

2 dəq
Paylaş:
I sinifə qəbul üzrə daha 4000 nəfər qeydiyyatdan keçib

Artıq 4000-dən çox istifadəçi şəxsi kabinet qeydiyyatdan uğurla keçib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə MÜTDA-dan məlumat verilib.

Əlavə olaraq prsoeslə bağlı bir sıra tarixlər açıqlanıb:

Tədris digər dillərdə üzrə müsahibə və seçim:

6–20 may – digər dillərdə tədris olunan bölmələr üzrə I sinfə qəbul üçün müsahibələrə yazılma mərhələsi.

12–31 may – müsahibələrin keçirilməsi.

17 iyun – 12 sentyabr – müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi

Prioritetli məktəblərə qəbul (Bakı, Sumqayıt, Gəncə, Abşeron):

bölməsi üzrə:

6 may, saat 11:00 – 5 iyun

Digər dillərdə tədris üzrə:

17 iyun, saat 11:00 – 17 iyul

Bu tarixlərdə prioritetli məktəblərə müraciətlər əsaslı qəbul olunacaq. Sonradan isə həmin məktəblərə qəbul sərbəst şəkildə həyata keçiriləcək.

Prioritet tətbiq olunan məktəblərin siyahısı müvafiq yerli təhsil idarələri və mektebeqebul.edu.az portalı vasitəsilə açıqlanacaq.

Qəbul prosesi 12 sentyabr 2025-ci il tarixində başa çatacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax