Operativ Məlumat Mərkəzi

Horadiz-Zəngilan yolunun yaxınlığından qanunsuz qum-çınqıl daşındığı aşkarlanıb

1 dəq
Paylaş:
Horadiz-Zəngilan yolunun yaxınlığından qanunsuz qum-çınqıl daşındığı aşkarlanıb
İmişli rayonunun Xubyarlı kəndi ərazisindən və Füzuli rayonu, Horadiz-Zəngilan avtomobil yolunun yaxınlığındakı təpəlik sahədən qanunsuz qum-çınqıl...

İmişli rayonunun Xubyarlı kəndi ərazisindən və Füzuli rayonu, Horadiz- yolunun yaxınlığındakı təpəlik sahədən qanunsuz qum-çınqıl daşındığı müəyyən edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Ekoloji Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı qum-çınqıl qarışığının Füzuli rayonunda İmişli rayon sakini Cavid Fərzəliyev tərəfindən ekskavatorla qazılaraq “Kamaz” markalı, 11-BG-634 və 17-BF-224 dövlət nömrə nişanlı vasitələri ilə ərazidən çıxarıldığı, İmişli rayonunda isə Yevlax rayon sakini İlham Məhərrəmov tərəfindən daşındığı məlum olub.

Faktlarla bağlı akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Nəqliyyat vasitələrinin sürücülərinin kimliyini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət İdarəsinə müraciət olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax