Operativ Məlumat Mərkəzi

Hollandiya kəşfiyyatçısının İrandakı nüvə obyektinin təxribatında iştirak etdiyi iddia edilir

1 dəq
Paylaş:
Hollandiya kəşfiyyatçısının İrandakı nüvə obyektinin təxribatında iştirak etdiyi iddia edilir

2005-ci ildə Hollandiya Agentliyi (AIVD) tərəfindən işə götürülən Erik van Sabben adlı hollandlının 2007-ci ildə İranın Natanz şəhərindəki nüvə obyektinə qarşı casus proqramlarla aksiyasının təşkilində mühüm rol oynadığı iddia edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Volkskrant” nəşri məlumat yayıb.

İddiaya əsasən, 2007-ci ildə Sabben Natanzdakı nüvə obyektinə sızaraq Stuxnet virusu ilə rəqəmsal təxribat əməliyyatı həyata keçirib. Bununla da müəssisədəki sentrifuqaların azaldıb və uzun müddətdə yararsız hala salıb.

Həmin vaxt Dubayda şirkətində mühəndis işləyən Van Sabben aksiyadan sonra İranı tərk edərək Dubaya qayıdıb və 2009-cu ildə motosiklet qəzasında həlak olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax